AZ

Dünya ona, o isə sovet idmançısına heyran imiş

Məşhur idmançı və aktyor Arnold Şvartseneggerin SSRİ-də xeyli sayda pərəstişkarı olub. Ancaq "terminator" filmi ilə daha çox şöhrət qazanmış aktyorun özü ağır atletika üzrə Olimpiya çempionu Yuri Vlasovu kumiri adlandırıb. Bu barədə REN TV-yə araşdırmaçı Vera Bukareva məlumat verib.

“Şvartsenegger 1960-cı ildə Vyana Olimpiadasında vaxtilə gənc olarkən gördüyü rusiyalı ağır çəkili idmançı Yuri Petroviç Vlasovla görüşmək arzusunda idi. O, idman nailiyyətləri və çıxışları ilə aktyoru özünə heyran qoyub. Arnold bu görüşlə bağlı xeyli israr edib, ona görə də Yuri Petroviçi tapıb onun Şvartseneggerlə görüşünü təşkil etdilər. Sənətçi sevindi, öz kumirinə şəklini verdi və “Sən mənim kumirimsən, Yuri Vlasov” yazdı", -Bukareva deyib.


Tural

Seçilən
24
news365.az

1Mənbələr