AZ

AMB rəsmisi: "Bank sektoru növbəti 6 ildə kredit portfelinin 10 %-ni yaşıllaşdıracaq"

Azərbaycan bank sektoru könüllü olaraq növbəti 6 il ərzində kredit portfelinin təxminən 10 %-ni yaşıllaşdıracaq.

"Report" xəbər verir ki bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə COP29 çərçivəsində təşkil olunmuş "Daha ağıllı uyğunlaşma və yumşaldıcı həllər üçün iqlim riskinin ölçülməsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu, inkişaf etmiş ölkələrlə müqayisədə çox olmasa da, yerli maliyyə sistemində böyük addımdır: "Ümid edirik ki, buna da nail olacağıq".

AMB rəsmisi qeyd edib ki, sektorda şəffaflıq və hesabatlılıqla bağlı planlar var: "Beləki, gələn ildən banklarla aramızdakı açıqlama standartlarına və hesabatlılıq sisteminə bağlı bəzi tələblər gətirəcəyik. Bundan başqa, pul siyasətimizi yaşıllaşdırmaq və ölkəmizdə icbari yaşıl sığorta məhsulu ilə bağlı fikirləşirik. Hazırda bu məhsulun necə tətbiq edilməsi ilə bağlı düşünürük. Bu, fiziki risk və yaxud öhdəlik riski ilə bağlı olmalıdır".

Seçilən
36
3
report.az

4Mənbələr