AZ

Saymon Stil: İqlim dəyişikliklərinin mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı planlar kağız üzərində qalmamalıdır

Saymon
“İqlim dəyişikliyi ilə mübarizəd hər bir ölkə öz fəaliyyətlərini gücləndirməlidir və parlamentlər milli nümayəndə heyətlərini daha iddialı olmağa təşviq etməlidir”. 1news.az xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil deyib.
O, bildirib ki, iqlim dəyişikliklərinin mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı planlar kağız üzərində qalmamalıdır.
“Onlar real iqtisadiyyatda, konkret yerlərdə nəticələrə çevrilməlidir," – deyərək, tədbirin əhəmiyyətini vurğulayıb.
O, həmçinin vurğulayıb ki, iqlim maliyyəsi üçün yeni kollektiv kəmiyyət hədəfi, xüsusən də iqlim dəyişikliklərindən ən çox təsirlənən ölkələr üçün yeni imkanlar yaradacaq mühüm bir addım olacaq.

"Parlamentlərin büdcə səlahiyyətləri təsadüfi deyil; bu, resursları təmin edərək xalqın səsinin eşidilməsi üçün bir vasitədir. Biz artıq iqlim dəyişikliyindən əziyyət çəkən 8 milyard insanın səsinin boğulmasına imkan verə bilmərik," – deyə o, çıxışını yekunlaşdırıb.

Seçilən
38
1news.az

1Mənbələr