AZ

Milli töhfələrin növbəti mərhələsi iqlim hədəflərinə çatmaq üçün son şansdır - Saymon Stil

Bakı. Trend:

Gələn ilin əvvəlində keçiriləcək Milli Səviyyədə Müəyyən EdilmişTöhfələrin (NDC) növbəti mərhələsi iqlim hədəflərinə çatmaq üçünson və ən perspektivli şansdır.

Trend xəbər verir ki, bunuBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC)icraçı katibi Saymon Stil COP29 çərçivəsində Parlamentlərarasıİttifaq (IPU) və Azərbaycan Respublikasının Milli Məclisitərəfindən birgə təşkil olunan Parlament görüşündə deyib. TədbirdəParlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, MilliMəclisin deputatı Sevil Mikayılova iştirak edir.

“Bu töhfələr ölkələr üçün qaçırılmamalı olan əhəmiyyətli birfürsətdir. Düzgün hazırlıqla, onlar iqtisadiyyatların vəcəmiyyətlərin irəliləməsi üçün güclü bir vasitəyə çevrilə bilər,davamlılıq, yeni imkanlar və təmiz, təhlükəsiz enerjiyə əsaslanandaha yüksək həyat keyfiyyəti təmin edə bilər”, - deyə S.Stilbildirib.

O vurğulayıb ki, lazım olan texnologiyalar artıq mövcuddur.

“Bərpa olunan enerji mənbələri təkcə davamlı seçim deyil, həm dəyüksək gəlirliliklə iqtisadi cəhətdən ən sərfəli seçimdir”, - deyəSaymon Stil qeyd edib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Məqalədə:
Seçilən
35
1
az.trend.az

2Mənbələr