AZ

“Məni Mercedes"ə mindirib malikanəsinə apardı” - Melaniya Tramp əri ilə ilk görüşündən danışdı 

  ABŞ-ın birinci xanımı Melaniya Tramp “Melaniya” adlı xatirə kitabını yazıb və orada prezident Donald Trampla həyatı, eləcə də münasibətlərindən bəhs edib.

O, Ağ Evin gələcək rəhbəri ilə ilk görüş hekayəsini paylaşıb.

Melaniya model olmaq üçün 27 avqust 1996-cı ildə Sloveniyadan ABŞ-a necə köçdüyünü xatırlayır. İki il sonra, 1998-ci ilin sentyabrında, bir cümə axşamı, dostu onu klubda əylənməyə dəvət edib.

"Yorulmuşdum, amma hər halda dəvəti qəbul etdim. Klubda modellər, fotoqraflar və dizaynerlər də daxil olmaqla, çoxlu insan var idi. Rəfiqəmlə VİP bölməsində əyləşdik. Rəfiqəm kiməsə əl yellədi. O, yaxınlaşıb özünü təqdim etdi. "Mən Donald Trampam" dedi. Onun bir iş adamı və ya məşhur olduğunu başa düşdüm, lakin o, mənim əlimi sıxmaq üçün əlini uzatmadı. O, məndə dərhal maraq oyandırdı. Yanımda oturdu və söhbətə başladı” deyə Melaniya yazıb.

"O, məndən Nyu-Yorkda keçirdiyim vaxt, Sloveniyadakı evim, dünyanı gəzdiyim vaxtlar haqqında soruşdu. Sonra hiss etdim ki, mənə dərin marağı var. Bu diqqət məni onun dünyasının mərkəzi kimi hiss etdirirdi. Ayrılanda telefon nömrəmi istədi və mən imtina etdim. O isə mənə öz vizit kartını verdi. Düşünürəm ki, Donald məndə daha dərindən söhbət edə biləcəyi bir insan gördü" - o yazıb.

Memuarlarda deyildiyi kimi, adada çəkilişlərdən sonra mənzilinə qayıdan Melaniya əşyalarını açarkən Donald Trampın vizit kartına rast gəlib. O, Trampa mesaj yazıb.

Melaniya ertəsi gün Donaldın necə zəng etdiyini və həftə sonu üçün Bedforddakı malikanəsinə getməyə dəvət etdiyini yazıb:  “Məni “Mersedes”ə mindirib fransız qəsri kimi görünən malikanəsinə apardı. Biz otaqları gəzdik, onun qolf meydançasında olduq, bu həyatımın ən gözəl günlərindən biri idi”.  

Seçilən
28
1
referans.az

2Mənbələr