AZ

Düzələn deyil...

İndi bütün mütəxəssislər, ekspertlər və adiyyatı qurumlar baş sındırıb gündə bir təklif verilir ki, Bakıdakı tıxaclar necə aradan qaldırılsın.

Bir deyir ki, yolları genişləndirək, bir deyir ki, körpülər salaq, bir də deyir ki, yol ötürücüləri inşa edək. Bir başqası da bildirir ki, şəxsi avtomobillərdən az istifadə edilsin. İrəli sürülən təkliflərin hamısını həyata keçirirlər, amma yenə tıxac problem Bakıda həll edilmir ki, həll edilmir və yen səhər və axşam saatlarında sürücülər saatlarla tıxaclarda qalırlar! Yenə çətin vəziyyətdə yol polisləri hərəkəti tənzimləyir, ancaq  məsələlər öz həllini tapmır və bundan sonra heç tapmayacaq.

Bu barədə bir çox mütəxəssislər öz fikirlərini səsləndiriblər və biz də dəfələrlə təkliflərimizi vermişik. Və demişik ki, Bakıda tıxacın yeganə həlli yolu paytaxtın başqa yerə köçürülməsidir. Paytaxt körülməyənə qədər Bakıda tıxac əlindən tərpənmək mümkün olmayacaq!

Emil Faiqoğlu  

Seçilən
49
adalet.az

1Mənbələr