AZ

Azərbaycana idxal edilən üç avtomobildən biri ekoloji təmizdir - ARAŞDIRMA

Azərbaycana son illərdə ekoloji təmiz minik avtomobillərinin idxalında ciddi artım müşahidə edilir. Artım dinamikası həm idxal olunan avtomobillərin sayında, həm də həmin avtomobillərin idxaldakı payında baş verir. 


Sfera.az Media Təhlil Mərkəzinin (MTM) araşdırmasına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində idxal edilən minik avtomobillərinin 30,2 faizi ekoloji təmiz olub. Yəni hər 3 avtomobildən biri elektrik, hibrid və ya plug-in hibrid avtomobillərdən ibarətdir. 


Ekoloji təmiz avtomobillərin payı 2023-cü ildə 19,5 faiz, 2020-ci ildə 10,56 faiz, 2018-ci ildə isə 1,5 faiz idi. 


İdxalda ekoloji təmiz avtomobillərin xüsusi çəkisinin artmasına səbəb idxal edilən minik avtomobillərin sayının sürətlə artmasıdır. Ölkəmizə gətirilən ekoloji təmiz minik avtomobillərinin sayı 2018-ci ildə 384 ədəd, 2020-ci ildə 5 248 ədəd, 2023-cü ildə 17 200 ədəd, 2024-cü ilin ilk 9 ayında isə 17 955 ədəd olub. 


Azərbaycana gətirilən ekoloji təmiz minik avtomobillərinin daha çox hissəsini sadə hibrid avtomobilləri təşkil edir. 2018-2024-cü illərdə 55 761 ədəd belə avtomobil idxal olunub. İdxal edilən plug-in hibrid avtomobillərin toplam sayı 7 365 ədəd, elektrik avtomobillərin sayı isə 6 358 ədəddir. 


Vasif

Seçilən
52
46
sfera.az

10Mənbələr