AZ

COP for Hope: İqlim dəyişikliyinə qarşı mübarizədə daha yaxşı qarşılıqlı əlaqə qurmalıyıq - UNESCO rəsmisi (ÖZƏL)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz UNESCO-nun Baş direktorununsosial və humanitar elmlər üzrə müavini QabrielaRamosdur.

O, Trend-ə açıqlamasında bildirib ki, iqlim dəyişikliyinə qarşımübarizə ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün daha yaxşıqarşılıqlı əlaqə qurmalıdırlar.

Qabriela Ramos, COP29-da maliyyələşməni razılaşdırmaq üçün çoxvacib nailiyyətlərin əldə edildiyini bildirib:

"Bundan əvvəlki konfranslarda maliyyə ilə bağlı razılıqlarayaxınlaşılsa da, razılıq əldə olunmamışdı. Əsas mesajım odur ki,təslim olmadan birlikdə dünya naminə əlimizdən gələnin ən yaxşısınıedək. Çünki buna, həqiqətən də, dünyanın, bəşəriyyətin ehtiyacıvar. Bizim tərəflərin öhdəliklərinə, onların bərabər məsuliyyətdaşımasına ehtiyacımız var. İqlim dəyişikliyinə qarşı mübarizə iləbağlı öhdəlikləri yerinə yetirmək üçün daha yaxşı qarşılıqlı əlaqəqurmalıyıq".

"Mən COP29-dan çox yaxşı nəticələrin əldə olunmasınısəbirsizliklə gözləyirəm. Anlayıram ki, müzakirələr iqliminmaliyyələşdirilməsi ilə bağlıdır. Məncə, bu, çox vacib elementdir.Bizə çox iddialı nəticələr lazımdır. Buna görə də ümid edirəm ki,iştirakçı ölkələr və bütün maraqlı tərəflər bizə lazım olanmissiyanın yerinə yetirilməsi üçün əllərindən gələni edəcəklər. Hərkəsin tələb olunan maliyyəni təmin etməkdə davam etməsi çoxvacibdir. Azərbaycan hökumətinə bu çox mühüm konfransa ev sahibliyiüçün təşəkkür edir və uğurlar arzulayıram", - deyə ovurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
50
3
az.trend.az

4Mənbələr