AZ

U-19 millimiz Moldovada İrlandiya yığması ilə üz-üzə

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti sınağına çıxır.

Arena.az xəbər verir ki, 7-ci qrupda yer alan yığmamız İrlandiya ilə üz-üzə gələcək.

Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı serbiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Elxan Abdullayevin rəhbərlik etdiyi U-19 millimiz AÇ-2025-in seçmə mərhələsi çərçivəsindəki ilk oyununda İslandiya yığmas ilə qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu. Komandamız sonuncu turda meydan sahibi Moldova yığması ilə qüvvəsini sınayacaq. Bu görüş noyabrın 19-da baş tutacaq.

AÇ-2025-in seçmə mərhələsi
7-ci qrup
16 noyabr

İrlandiya – Azərbaycan
Baş hakim: Miloş Milanoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Gennadi Lisita (Moldova).
Dördüncü hakim: İqor Boska (Moldova).
“Zimbru-2” stadionu, Kişinyov. Saat 14:00.

Seçilən
43
1
arena.az

2Mənbələr