Ermənistanda müəmmalı və qalmaqallı qətl hadisəsi baş verib. "Armlur"un yaydığı məlumata görə, faciəvi hadisə Nubaraşen psixiatriya mərkəzində olub. Aktrisa Şuşan Tovmasyanın qardaşı Arman Tovmasyan xalq arasında daha çox Sovetaşensk Psixiatriya Xəstəxanası kimi tanınan Nubaraşen psixiatriya mərkəzində öldürülüb.
"Mamul" nəşri də qətl barədə məlumat yayıb. Bəzi saytlar yazır ki, ölümün təfərrüatları açıqlanmır.
Tural