AZ

Almaniyalı ekspert: Şoltsun Putinlə danışığı Kiyevə siqnaldır

Almaniya kansleri Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı Kiyevə bir siqnaldır. Bu fikri Rusiya üzrə ekspert, Almaniya Xarici Siyasət Cəmiyyətinin “Beynəlxalq Nizam və Demokratiya” proqramının rəhbəri Ştefan Mayster “Der Tagesspiegel” qəzetinə bildirib. 

Məlumatı TASS yayıb. 

“Bu, danışıqlara hazırlaşmaq üçün təzyiqi artırır və göstərir ki, getdikcə daha çox avropalı siyasətçi daxili siyasi səbəblərə görə Putinlə danışıqlar aparmağa və onunla dialoqa girməyə çalışdıqlarını nümayiş etdirməyə məcbur olur”, - mütəxəssis hesab edir.

Şoltsun Putinlə söhbətinin “az nəticə” verəcəyinə inanır: “Nəhayət, Moskva müharibəyə son qoymaq üçün danışıqları yalnız ABŞ prezidenti ilə aparacaq. Və Putin bilir ki, Şolts artıq Avropa siyasətində əhəmiyyətli rol oynamayacaq”. 

Maysterin fikrincə, hətta Kiyevdə də başa düşürlər ki, Rusiya Federasiyası ilə Ukraynanın taleyini Şolts deyil, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp həll edəcək.

Ekspert hesab edir ki, Rusiya prezidenti “dialoqa açıq olduğunu və Trampla danışıqlara hazırlaşdığını göstərir”. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
42
50
xalqqazeti.az

10Mənbələr