AZ

Marneulidə Zəfər Günü münasibətilə cüdo turniri təşkil olunub (FOTO)

Bakı. Trend:

Gürcüstanın Marneuli şəhərində 8 Noyabr – Zəfər Günümünasibətilə “Zəfər” adlı cüdo turniri təşkil olunub.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, Marneuli şəhərində fəaliyyət göstərən “GürcüstanAzərbaycanlılarının İnteqrasiya Mərkəzində” (GAİM) təşkil olunanturnirdə GAİM, Arıxlı, Qızılhacılı, Araflı və Tamarisi cüdoklublarından 12 çəki dərəcəsində 60 idmançı qələbə uğrunda mübarizəaparıb.

Öncə Azərbaycan və Gürcüstanın Dövlət himnləri səsləndirilib,daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

GAİM-in icraçı direktoru Murad Muradov turnirin açılışmərasimində çıxış edərək bu əlamətdar günün əhəmiyyətindən danışıb,idmançılara uğurlar arzulayıb.

Hesabında 9 qızıl medal olan GAİM komandası birinci, 2 qızılmedal qazanan Arıxlı komandası ikinci, Tamarisi komandası isə 1qızıl medalla üçüncü yerə çıxıblar.

Turnirin sonunda qaliblər və iştirakçılara xatirə hədiyyələriverilib.

Qeyd edilib ki, GAİM 2019-cu ildən fəaliyyət göstərir. Mərkəzdəşahmat dərsləri keçirilir, həmçinin, dil kursları, məktəbəqədər,universitetə hazırlıq kursları fəaliyyət göstərir. Bu günə kimiDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə də bir çox layihəhəyata keçirilib.

Marneulidə
Marneulidə
Marneulidə
Marneulidə
Marneulidə
Marneulidə
Seçilən
54
az.trend.az

1Mənbələr