Rusiya Xarici İşlər Nazirliyi İndoneziya, Malayziya və Taylandın BRİKS tərəfdaş ölkələri olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələrinin xarici işlər və ticarət nazirlərinin birgə iclasında verdiyi açıqlamada İndoneziya, Malayziya və Tailandın BRİKS tərəfdaş ölkələri olduğunu bildirib.
Pankin deyib: "BRIKS-in Kazan sammiti dünya əksəriyyətinin ədalətli dünya nizamı qurmaq, qlobal institutlarda islahatlar aparmaq və ədalətli iqtisadi əlaqələr qurmaq istəyini ortaya qoydu. Ticarət, investisiya, süni intellekt, enerji, iqlim və logistika sahələrində mühüm sazişlər paketi imzalanıb. "APEC, İndoneziya, Malayziya və Tailanddakı tərəfdaşlarımız BRİKS-in tərəfdaşı olublar", - o deyib.
Eltac Zülfüqaroğlu/Turkustan.az