AZ

“Abxaziyaya getməyin” – Rusiya XİN çağırış etdi

Suxumidə Rusiya ilə investisiya sazişinin ratifikasiyasına qarşı müxalifətin etirazları fonunda Rusiya Xarici İşlər Nazirliyi rusları Abxaziyanı tərk etməyə və bu “respublika”ya səfərlərdən çəkinməyə çağırıb.

7Times.az  xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Abxaziyada baş verənlərlə bağlı vətəndaşlara müraciət edib: “Bu şərtlər daxilində Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına Abxaziyaya səyahət etməkdən, o cümlədən turist səfərlərindən çəkinməyi tövsiyə etməyə məcburdur”.

O qeyd edib ki, Moskva Abxaziyada baş verənlərdən “narahatdır”, lakin prosesə müdaxilə etmir, Rusiya vəziyyətin dinc, siyasi yolla həllinə ümid edir, lakin indiyədək etirazlar “ölkənin inkişafını ləngidir” və “xarici sərmayələrin cəlb olunmasına kömək etmir”.

 

Seçilən
28
1
7times.az

2Mənbələr