AZ

Ruslar Ermənistana getməkdən imtina edir

Bu il Rusiyadan Ermənistana gələn turistlərin sayında azalma müşahidə edilib.

Milli.Az xəbər verir ki, bu barədə mətbuata müsahibəsində Ermənistan Turizm Komitəsinin rəhbəri Lusine Gevorkyan danışıb.

O, azalmanın bir sıra obyektiv və subyektiv səbəblərini açıqlayıb. Belə ki, azalma daxili siyasi vəziyyət və  turistlər üçün mənzil qiymətlərinin əsassız olaraq şişirdilməsi ilə bağlıdır.

Bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan parlamentdə məlumat vermişdi ki, son 9 ayda rusiyalı turist axını 7% azalıb.

Gevorkyan qeyd edib ki, azalmanın obyektiv səbəblərindən biri İrəvanda və digər şəhərlərdə itaətsizlik aktlarına səbəb olan daxili siyasi hadisələrdir.

Nərmin Mahmudova
Milli.Az

Seçilən
68
milli.az

1Mənbələr