AZ

Millimizin sabiq qapıçısının qızı bu FOTOLARla Rusiyada gündəm oldu

Rusiya yığmasının azərbaycanlı gimnast Lalə Kramarenko instaqram səhifəsində abunəçiləri üçün yeni foto paylaşıb

O, qəhvəyi bikinidə poza verib.

Açıq-saçıq paylaşıma reaksiyalar müxtəlif olub.

2023-cü il sentyabrın ortalarında Kramarenko fərdi proqramda Ən Güclülərin Spartakiadasının qalibi olub. Lalə Rusiyanın beynəlxalq idman ustası tituluna malikdir.

Yeniyetmələr arasında üçqat dünya çempionu, həmçinin 2021-ci ildə komanda yarışında Avropa çempionudur.

Lalə Moskva “Dinamo”su və Vladiqafqaz “Alaniya”sında çıxışları ilə tanınan Dmitri Kramarenkonun qızıdır.

Kramarenko ailəsi Azərbaycan kökənlidir. Dmitrinin atası ötən əsrin 60-70-ci illərində «Neftçi»nin qapıçısı olub.

Elə oğlu da futbolda birinci addımlarını burada atıb. Ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən millimizin şərəfini qoruyub.

Uzun illər bu formanı əynindən çıxarmayıb və təqribən 18 il öncə karyerasını başa vurub. Onun son illəri «Xəzər Lənkəran»da keçib.

Atasından fərqli, qızı özünü daha çox rusiyalı sayır. Yaxınlarda bu ölkənin mətbuatına geniş müsahibə verən Laləyə Azərbaycandan təklif gələrsə, qəbul edib-etməyəcəyi ilə bağlı sual ünvanlanıb.

O, Azərbaycanın təklifini qəbul etməyin xəyanət olacağını bildirib:

- Tutaq ki, sabah Azərbaycan siz dəvət etdi. Olimpiya Oyunlarında iştirak xatirinə bu dəvəti qəbul edərsiz?
- Yox (gülür). Mənim fikrim qısa, amma aydındır. Bu, o demək deyil ki, mən Azərbaycan üçün yarışa bilmərəm. Bu, sadəcə, bir növ şəxsi ambisiya və emosiyalardır. Mən ölkəmə xəyanət edə bilmərəm. Bu, bir növ xəyanətdir.

SPORTİNFO.AZ

Seçilən
56
sportinfo.az

1Mənbələr