AZ

"Ukraynanın süqutu ABŞ-ın nüfuzuna zərbə vuracaq" - ABŞ-ın Böyük Britaniyadakı sabiq səfiri

 
"İstənilən demokratik ölkənin uzunmüddətli hücuma məruz qaldığı zaman ABŞ-ın xoş məramı və səxavəti olmasa sağ qalması çox çətindir..."
 
Əgər Vaşinqton Ukraynaya dəstəyinə son qoyarsa, bu, ABŞ üçün Əfqanıstanı tərk etməsindən daha alçaldıcı olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın sabiq XİN rəhbəri Uilyam Heyq "The Telegraph" nəşrində dərc edilən məqaləsində bəyan edib.
 
O, vurğulayıb ki, əgər prezident Tramp administrasiyası Ukraynanın süqutuna imkan verərsə, bu, ABŞ-ın nüfuzuna zərbə vuracaq.
 
Heyq deyib ki, Tramp Baydeni Əfqanıstan barədə qərarına görə tənqid edir. "Amma əgər o, Ukraynanın süqutuna imkan verərsə, bu, ABŞ üçün daha alçaldıcı olacaq".
 
"Qərbə dünyada dəstək vermək Trampın özünün maraqlarına uyğundur", - Heyq buna əmindir.
 
Bu zaman sabiq nazir Tramp administrasiyasına "müharibənin tez bir zamanda nizamlanması" və ya "Rusiya üçün cərfəli olan şərtlər əsasında nizamlanması" ilə bağlı xəbərdarlıq edib. O, qeyd edib ki, müharibənin təmas xəttində dondurulması yeni müharibə üçün əsas yaradılması demək olacaq.
 
"Bu, daha bir, üçüncü dünya savaşına gətirib çıxara bilər, çünki Putin yenidən yerdə qalanların ardınca gələcək", - Heyq buna əminliyini ifadə edib.
 
"Aydındır ki, Putin Ukraynanın hamısını istəyir. Ən azından o, Ukrayna ərazisini o qədər işğal etmək istəyir ki, yerdə qalan hissəsi suveren dövlət kimi fəaliyyət göstərə, Avropa İttifaqı və NATO-nun üzvü ola, borc götürə və şəhərlərini bərpa edə bilməsin. Yəni, dovlət kimi fəaliyyət göstərə bilməsin", - diplomat Kreml hakiminin planlarını izah edib.
 
Onun sözlərinə görə, ABŞ və NATO-dan zəmanətlər olmasa, Ukrayna dövlət kimi mövcud ola bilməyəcək, "iki ildən sonra öz Silahlı Qüvvələrini yenidən formalaşdırandan sonra yerdə qalanların arxasınca gələn Putini" dayandıra bilməyəcək".
 
"Sadəlövhcəsinə 24 saat ərzində sülh yaradılacağını demək olar, lakin əgər yeni savaşı düşünürsünüzsə, bu, kömək etməyəcək", - Heyq vurğulayıb.
 
Heyqin fikrincə, əgər Tramp Ukraynaya yardımı dayandırarsa, Avropa İttifaqı və Böyük Britaniya öz yardımını gücləndirməlidir. Lakin diplomat qeyd edib ki, bu yardım Amerika yardımını əvəz edə bilməz və müvəqqəti olacaq. Lakin söhbət burada pullarda deyil, texnologiyalardadır. 
 
"Amerika peykləri, Amerika şirkətlərinin proqram təminatı olmadan Ukrayna indiyədək tab gətirə bilməzdi. Avropa ölkələri Ukraynaya müasir tammiqyaslı müharibədə dəstək vermək üçün zəruri silah arsenalına malik deyil", - o, deyib.
 
O, əlavə edib ki, bu, təkcə Ukraynaya aid deyil, heç bir ölkə ABŞ yardımı olmadan özünü müdafiə edə bilməz. "İstənilən demokratik ölkənin uzunmüddətli hücuma məruz qaldığı zaman ABŞ-ın xoş məramı və səxavəti olmasa, sağ qalması çox çətindir", - Heyq deyib.
 
Qeyd edək ki, Heyq Böyük Britaniya XİN-ə Krımın ilhaqı zamanı başçılıq edib. O, Qərbin Rusiyanın 2014-cü ildəki hərəkətlərinə qətiyyətli cavab vermədiyini etiraf edib.
 
O, qeyd edib ki, o zaman onun ölkəsi Avropa İttifaqının üzvü olub və Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyi təklif edib, amma Berlin və Roma "Putinlə uzunmüddətli sülh barədə razılığa gəlməyə ümid edib və onları bu mövqeyindən daşındırmaq çətin olub".
Seçilən
57
1
moderator.az

2Mənbələr