AZ

Türkiyəli diplomat Makron və Borelə müraciət ünvanladı - VİDEO

“Avropa Birliyinin təmsilçilərinin müəyyən açıqlamalarını pisləyirəm. Ali Baş Komandan COP29 tədbirində etdiyi çıxışında bunu bir daha təsdiqlədi. Fransada Makron rejimininə etiraz aksiyalarında  13 nəfərin öldürməsi, 160 nəfərin yaralanması və 170 nəfərin  həps olunmasını gördük. Mən bu işlərdə Avropa Birliyinin günahlandırmasını alqışlayıram. Bu bir gerçəkdir. Lakin Cozef Borelin bundan narahat olduğunu görürük".

Bu fikirləri "Yeni Azərbaycan"a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, türkiyəli diplomat Hulusi Kılıç deyib. O, Fransa prezdentinin və Cozef Borolin COP29 tədbirinə qatılmamasını pisləyərək, ada dövlətlərinin iqlim dəyişikliyi ilə keçirdiyi narahatlıqlarla bağlı tədbir görülmədiyini qeyd edib:

"Cənab Borel COP29 BMT ilə Azərbaycanın birgə keçirtdiyi bir layihədir. Bəs Fransa nə üçün bu tədbirə qatılmayıb? Sizdən bu sualın cavabını gözləyirəm. Azərbaycanın Cop29 tədbirinə ev sahibliyi etməsi qərarı veriləndən sonra, Avropada keçirilən baykot aksiyalarına cavab verməyinizi istəyirəm. Bundan əlavə, Avropa daxili ölkələrin bu tədbirə qatılmaması üçün edilən çıxışlara cavab verməyiniz xahiş olunur. Cənab Borel, dünya ortaq evimizdir. İqlim dəyişikliyi, dəniz və okean sularının  səviyyəsinin yüksəlməsi, quraqlığın baş verməsi bütün cəmiyyətin gələcəyi üçün təhlükə yaradır".

Bu toplantının Azərbaycanın dünyada tanınma imicini bir daha yüksəltdiyini vurğulayan türkiyəli diplomat Azərbaycan “Yaşıl Dünya” şüarı ilə illərdir minlərlə ağac əkdiyini də açıqlayıb:

"Azərbaycan qoşulmama hərəkatına 4 il sədrlik elədi və bu illər ərzində bir çox ölkələrə maddi və mənəvi yardım göstərib. Azərbaycanda keçrilən COP29 tədbirində kiçik ada  dövlətlər də qatılıb. BMT təmsilçiləri COP29-un bu günə qədər təşkil olunan digər Cop tədbirlərindən daha yüksək səviyyədə təşkilatından danışırlar. Bu tədbirin yüksək səviyyədə təşkil olunması bütün iştirakçıları məmnun edib. Bu, Azərbaycanın uğurudur".

Seçilən
62
yeniazerbaycan.com

1Mənbələr