AZ

Hakan Fidan: Trampın müharibələrə son qoymaqla bağlı vədinə əməl edəcəyinə inanırıq

ABŞ-də İsrailə dəstək təəccüblü deyil. Bununla belə, Ankara yeni seçilmiş prezident Donald Trampın müharibə və münaqişələrə son qoymaqla bağlı vədinə əməl edəcəyinə ümid etdiyini bildirir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin “A Haber” telekanalında deyib. 

“Birinci mərhələdə mən, əlbəttə ki, aktiv İsrailyönlü yanaşma görürəm. Bu, bizim üçün sürpriz deyil, çünki Amerikanın daxili siyasətində, xüsusən də Konqresdə –  istər Nümayəndələr Palatasında, istərsə də Senatda İsrailə dəstək praktiki olaraq zərurətə çevrilib”, - Türkiyə diplomatik xidmətinin rəhbəri bildirib.

Nazir qeyd edib: “Ümid edirik ki, cənab Tramp Amerika xalqına və dünya ictimaiyyətinə verdiyi seçkiqabağı vədi yerinə yetirəcək. O, yeni müharibələrə başlamayacağını və olanların qarşısını alacağını bəyan edib. Ümid edirik ki, o, Fələstin probleminə xüsusi diqqət yetirəcək”.

Suriyanın şimalındakı vəziyyətlə bağlı Fidan qeyd edib ki, Türkiyə qarşı tərəfdə kimin olmasından asılı olmayaraq sərhədlərinin təhlükəsizliyini təmin etmək, Türkiyə dövlətinə və xalqına qarşı təhdidləri aradan qaldırmaq üçün səylərini davam etdirəcək. Ona görə də region ölkələri və ya regionda maraqlı olan digər ölkələr Türkiyənin terrorla mübarizədəki məqsədlərini yaxşı başa düşməlidirlər: “Biz burada ekspansionizm ardınca getmirik. Sadəcə, indi biz müdafiə strategiyasından qabaqlayıcı strategiyaya keçdik”.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
29
xalqqazeti.az

1Mənbələr