AZ

Britaniyalı nazir: İnkişaf etməkdə olan ölkələr iqlim böhranının yaranmasında çox az rol oynayıblar

Böyük Britaniya inkişaf etməkdə olan ölkələrdə enerji layihələrini dəstəkləmək məqsədilə 79 milyon funt sterlinq iqlim maliyyəsi ayırıb.

AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın iqlim naziri Kerri Makkarti bu maliyyələşmənin COP29-dakı əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

“İnkişaf etməkdə olan ölkələr iqlim böhranının ön xəttindədir və daşqınlar, istilik dalğaları, eləcə də ərzaq təhlükəsizliyi riskləri ilə daha çox üzləşirlər. Bununla belə, onlar bu böhranın yaranmasında çox az rol oynayıblar”, - deyə nazir bildirib.

K. Makkarti Böyük Britaniyanın ayırdığı vəsaitin həmin ölkələrin iqlim dəyişikliyinə uyğunlaşmağa, dayanıqlıq yaratmağa və təmiz enerji keçidini sürətləndirməyə yardım edəcəyini qeyd edib: “Böyük Britaniya addım atdıqda digər ölkələr də bu yolu izləyir. Ona görə də, biz bu qlobal problemi həll etmək üçün nümunə göstəririk”.

Seçilən
25
1
xalqqazeti.az

2Mənbələr