AZ

UNESCO rəsmisi: "Ölkələrin gələn ilin fevralına kimi vaxtı var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İqlim keçidi çox vacibdir, çünki bunlar enerji kompleksinin dəyişdirilməsi, bərpaolunan enerjiyə keçilməsi, yeni istehlak və istehsal üsulunun tətbiqi üçün təmin etməli olduğumuz vasitələrdir".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos deyib.
O əlavə edib ki, maliyyələşmə ilə bağlı yaxşı nəticəyə ümid edirlər:
"Ancaq unutmayın ki, gələn ilin fevral ayına qədər ölkələr Müəyyən Edilmiş Milli Töhfələri təqdim etməli olacaqlar və buna görə də ümid edirəm ki, ölkələr bütün maliyyə paketini, sonra isə öhdəlikləri tamamlamaq üçün tələb olunanları çatdıracaqlar".
BMT rəsmisi COP29 tədbirinin təşkilinə də toxunub:
"Azərbaycan səxavəti, böyük tədbirləri ustalıqla təşkil etməsi bacarığı ilə beynəlxalq aləmdə çoxdan məşhurdur. Qonaqpərvərliyinə görə Azərbaycana çox təşəkkür edirəm".
Şəhriyar Səmədov
Seçilən
103
50
oxu.az

10Mənbələr