AZ

Macarıstanın xarici işlər naziri Azərbaycana gəlib

Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijarto Azərbaycana səfərə gəlib. Bu barədə nazirin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Macarıstan və Azərbaycanı regional əhəmiyyətli irimiqyaslı layihələr birləşdirir. O cümlədən, Azərbaycan qazı artıq bu ölkəyə verilir. İki ölkə Avropanın təmiz enerji təchizatına töhfə verəcək yaşıl dəhliz layihəsi üzrə də əməkdaşlıq edir. Macarıstanın MOL Group neft şirkəti Mərkəzi Avropadan Azərbaycana ən böyük investordur. Əvvəllər məlumat verildiyi kimi, Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaxın vaxtlarda kəndin yenidən qurulmasına başlayacaq.

Seçilən
508
4
azadmedia.az

10Mənbələr