Dünyanın gözü Azərbaycanda, COP29-dadır. Burada parlament səviyyəsində də COP29-a töhfə verməyə çalışırıq.
AZƏRTAC xəbər verir ki, bunu Albaniya parlamentinin sədri Elisa Spiropali noyabrın 16-da Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
"İstəyirik ki, iqlimlə bağlı problemlər gələcəkdə insanların həyatına mənfi təsir etməsin. Bu proses get-gedə böyük miqyas alır. Bu da bizdən daha operativ cavab tədbirləri görməyi tələb edir. Buna görə də bu sahəyə maliyyə ayrılmalıdır. Beynəlxalq əməkdaşlıq platforması daha da gücləndirilməlidir. Biz bilirik ki, bu vəziyyətlə bağlı müzakirələr aparılır, amma heç də praktiki olaraq işlər ortaya qoyulmur. Biz real işlər görməliyik", - deyə o diqqətə çatdırıb.