AZ

BVF Azərbaycanla keçid riskləri üzərində işləyir

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanla keçid riskləri üzərində işləyir.

"EDnews" xəbər verir ki, bunu BVF-in nümayəndəsi Alessandra Alfieri COP29 çərçivəsində təşkil olunmuş "Daha ağıllı uyğunlaşma və yumşaldıcı həllər üçün iqlim riskinin ölçülməsi" adlı tədbirdə bildirib.

"Biz həm də Mozambiklə bağlı fiziki risklər, Barbados və digər ölkələrlə keçid riskləri üzərində işləyirik. Diqqətimizi ilk növbədə enerji və emissiya hesablarını inkişaf etdirən ölkələri dəstəkləməyə, yəni enerji və emissiya məlumatlarını iqtisadi fəaliyyətlərlə əlaqələndirməyə yönəltmişik. Həmçinin təlim proqramı hazırlayırıq, çünki iqlim məlumatlarının əhəmiyyətini və onlardan siyasət üçün necə istifadə oluna biləcəyini anlamaq üçün yüksək səviyyəli məmurlardan texniki işçilərə qədər potensialın inkişafına böyük ehtiyac var", - deyə o qeyd edib.

Bundan başqa,BVF rəsmisi deyib ki, hazırda qurum 10 ölkəyə ətraf mühit və iqlim dəyişikliyi statistikası proqramını inkişaf etdirmək və gücləndirmək üçün dəstək verir: "İlk növbədə milli statistika idarələri, mərkəzi banklar, Maliyyə Nazirliyi ilə işləyirik. Hazırda 4-cü Maddə məsləhətləşmələrində istifadə olunacaq razılaşdırılmış qrafiklər və göstəricilər toplusunu hazırlayırıq".

Seçilən
28
4
ednews.net

5Mənbələr