RSFSR-in əməkdar artisti Svetlana Svetliçnaya 84 yaşında ağır xəstəlikdən sonra vəfat edib.
Azpost.info bildirir ki, bu barədə Starhit Telegram kanalı yazır.
Kinoşünas Susanna Alperina aktrisanın ölüm xəbərini verib.
Aktrisa son bir neçə aydır ki, xəstəxanada yatırdı. Həkimlər ulduza böyrək və ağciyər xəstəliyi diaqnozu qoymuşdular. O, intensiv terapiya kursu keçib.
S.Svetçlinaya SSRİ-nin kult filmi sayılan “Brilyant əl” filmindəki rolu ilə məşhur idi. Qeyd edək ki, 1964-cü ildə çəkilmiş filmin bir sıra epizodları Bakıda lentə alınıb.