AZ

Yeni Kollektiv Kəmiyyət Hədəfi bu il əsas prioritetimizdir - Samir Becanov

Bakı. Trend:

Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) bu il bizim əsasprioritetimizdir.

Trend xəbər verir ki, bunuCOP29-un Baş danışıqçısının müavini Samir Becanov COP29çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Sədr heyəti tərəfləri bu il ədalətli və iddialı nəticənin təminolunmasına çağırır. Bizim bütün tərəflərə müraciətimiz danışıqlaradiqqət yetirmək, müzakirələrə cəmlənmək və bütün mandatlar üzrəgözlənilən nəticəyə nail olmaqdır.

Azərbaycanın bu prosesdəki aparıcı roluna gəldikdə, bildiyinizkimi, Azərbaycan dəfələrlə bəyan edib ki, NCQG bu il bizim əsasprioritetimizdir və cari danışıqların gözlənilən nəticəsi ilknövbədə NCQG ilə bağlıdır.

Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri və digər zərərçəkmiş icmalara kömək etmək üçün tərəfdaşlarımızla sıx əməkdaşlıqedirik”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr