AZ

Braziliya Kosmik Agentliyi: Kosmik texnologiyaların iqlim problemlərinin həllindəki rolu indiki qədər əhəmiyyətli olmayıb

Yazını böyüt
Yazını kiçilt

COP29 çərçivəsində kosmik texnologiyaların iqlim problemlərinin həllindəki rolu heç vaxt indiki qədər əhəmiyyətli olmayıb. COP29-un təşkilatçılarına, xüsusilə Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos”a bu mühüm öhdəliyi davam etdirdiklərinə görə təşəkkürümü bildirirəm.

Bu sözləri Braziliya Kosmik Agentliyinin Beynəlxalq Əməkdaşlıq Ofisinin rəhbəri Marcia Alvarenga Dos Santos COP29 çərçivəsində keçirilən Dünyanın Kosmik Liderlər Sammitində deyib.

O bildirib ki, Braziliya Kosmik Agentliyi üçün beynəlxalq əməkdaşlıq hər zaman böyük əhəmiyyət kəsb edib.

“Peyk missiyalarından tutmuş qlobal təşəbbüslərdə fəal iştirakımıza qədər, Braziliya iqlim dəyişikliyi kimi qlobal problemlərin vahid yanaşma tələb etdiyini anlayaraq əməkdaşlığa üstünlük verir. Məhz bu səbəbdən biz “Azərkosmos”un kosmik texnologiyalar vasitəsilə iqlim çağırışlarına dəstək olmaq və tərəfdaşlıqlarımızı möhkəmləndirmək üçün birgə bəyanat təklifi ilə tam razıyıq”.

O qeyd edib ki, zaman daralır və çevik hərəkət etmək lazımdır: “Nəzərə alaq ki, növbəti COP Braziliyada keçiriləcək. Braziliya Kosmik Agentliyi burada iştirak edən agentliklərlə əməkdaşlığa hazırdır ki, bizim kollektiv səylərimiz planetdə davamlı və müsbət təsir yaratsın”.

Seçilən
67
hafta.az

1Mənbələr