AZ

Çin Peruda liman tikdiı, Vaşinqton narahat oldu

Cənubi Amerikaya bir həftəlik diplomatik səfərə yollanan Çin prezidenti Si Cinpin Peruda ölkəsinin 1,3 milyard dollar sərmayə qoyduğu böyük dərin dəniz limanının açılışında iştirak edib.

Musavatcom xarici mediaya istinadla xəbər verir ki, Si Cinpin və Peru prezidenti Dina Boluarte Sakit okean sahilində yerləşən Çankay limanının açılışında videobağlantı vasitəsilə iştirak ediblər. İki dövlət başçısının mövcud azad ticarət sazişinin genişləndirilməsinə dair saziş imzaladığı bildirilir. Çin lideri qeyd edib ki, 15 yanalma körpüsü olan Çankay limanı “XXI əsrin Dəniz İpək Yolu”nun uğurlu başlanğıcı və Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün tərkib hissəsi olub.

Si Cinpin yeni limandan Çin və Latın Amerikası arasında yeni dəniz dəhlizinin yaradılması üçün başlanğıc nöqtəsi kimi istifadə etmək üçün ölkəsinin Peru ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

“El Peruano” xəbər verir ki, Çin lideri Çankay layihəsinin illik 4,5 milyard dollar gəlir gətirəcəyini, 8 mindən çox iş yerinin yaradılacağını və Peru-Çin marşrutunda logistika xərclərini 20 faiz azaldacağını bildirib.

Bununla belə, Çinin Çankaya böyük sərmayə qoyması Vaşinqtonda narahatlıq yaradır. Qeyd olunur ki, Çin Peru kimi ölkələrin ən böyük ticarət tərəfdaşı olmaq üçün Amerika Birləşmiş Ştatlarını keçib. Çinin “Global Times” qəzeti limanın “heç bir halda geosiyasi rəqabət aləti olmadığını” vurğulayaraq, ABŞ-nin limanın potensial hərbi istifadəsi ilə bağlı bəyanatlarını “böhtan” adlandırıb.

Musavat.com

Seçilən
22
2
musavat.com

2Mənbələr