AZ

Azərbaycan və Almaniya dənizdə külək enerjisinin inkişafını müzakirə edib

Energetika naziri Pərviz Şahbazov Almaniya Külək Enerjisi Assosiasiyasının (GWEA) prezidenti Babel Haidebroek ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Pərviz Şahbazov öz "X" hesabında bildirib.

Görüş zamanı dənizdə külək enerjisinin inkişafı, “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi və Mərkəzi Asiyanın bu dəhlizə qoşulması perspektivi kontekstində alman şirkətləri ilə çoxşaxəli əməkdaşlıq imkanları müzakirə edilib.

Seçilən
20
operativmedia.az

1Mənbələr