AZ

Körfəzdə müdafiə rəqabəti: BƏƏ və Qətərin gözləri Türkiyə bazarında

Türkiyə müdafiə sənayesinin qabaqcıl addımları qlobal bazarlarda ciddi rəqabət yaradır. Körfəzin iki zəngin ölkəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər Türkiyə müdafiə şirkətlərinə ortaq olmağa can atır. Məqsəd ilk növbədə üstün texnologiyaya çatmaqdır.

Publika.az “HaberGlobal”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq kəşfiyyat nəşri “İntelligence Online” (IO) tərəfindən məlumat yayılıb.

Bildirilir ki, BƏƏ ilə Qətərin Türkiyənin müdafiə bazarına daxil olmaq üzrə fəaliyyətləri böyük bir “yarış”a çevrilib. Kəşfiyyat mənbələrinə görə, Qətər kibertəhlükəsizlik və proqram təminatı, BƏƏ isə ağıllı sursat və raketlərin marağındadır.

Prioritet təhlükəsizlik sistemləridir

Əldə edilən məlumata görə, Qətər Müdafiə Nazirliyinə bağlı olan və ölkənin ən böyük müdafiə şirkəti sayılan “Barzan” Holdinq Türkiyənin aparıcı müdafiə və kiber təhlükəsizlik şirkətlərindən biri olan “Pavo Group” ilə yaxından maraqlanır.

Kəşfiyyat mənbələrinə görə, Qətər bu ortaqlıq ilə müdafiə sənayesinin təcili ehtiyac duyduğu bir çox kiber təhlükəsizlik və nəzarət sistemlərinə çıxışı təmin etməyi hədəfləyir.

BƏƏ-nin gözü raketlərdə

Digər tərəfdən, Birləşmiş Ərəb Əmirliklərində 25 müdafiə və texnologiya şirkətinin ortaqlığı ilə qurulan və ölkənin ən böyük müdafiə şirkəti olan “EDGE Group” Türkiyədə istehsal edilən idarə olunan və yüksək texnologiyalı raketlərlə də yaxından maraqlanır.

Hazırda dünyanın ən böyük idarə olunan raket istehsalçısı şirkətlərindən biri olan “EDGE”nin ən son məhsulu olan “Desert Sting” raketinin “Roketsan” tərəfindən istehsal edilən “MAM - mini” smart sursat raketlərinin uyğunlaşdırılması ilə hazırlandığı qeyd olunur.

Seçilən
46
publika.az

1Mənbələr