AZ

“Avrasiya, Asiya və Qafqazda İkiillik Şəffaflıq Hesabatları"nın hazırlanması üzrə ən yaxşı təcrübələr mövzusunda tədbir keçirilib

COP29 çərçivəsində “Avrasiya, Asiya və Qafqazda İkiillik Şəffaflıq Hesabatları"nın (BTR) hazırlanması üzrə ən yaxşı təcrübələr mövzusunda keçirilən tədbirin məqsədi iştirakçıların  müvafiq sahədə biliklərini artırmaq, etimad mühitinin yaradılmasına nail olmaqla iştirakçı ölkələri 31 dekabr 2024-cü il tarixinədək ilk BTR hesabatlarını tamamlamağa təşviq etməkdir.

ETSN-dən "Operativ Media"ya verilən məlumata görə, tədbirdə BTR hesabatlarını yekunlaşdıraraq UNFCCC Katibliyinə təqdim etmiş ölkələrin nümayəndələri tərəfindən ən yaxşı təcrübələr, uğur hekayələri haqqında təqdimatlar dinlənilib, texniki çətinliklərin həlli, praktik yollar və mümkün çeviklik barədə sual-cavab sessiyası təşkil olunub.

Seçilən
19
6
operativmedia.az

7Mənbələr