AZ

Onu "Qarabağ" da yaxşı tanıyır, yığmalarımız da - Biton kimdi?

Bilindiyi kimi, bugünkü Azərbaycan - Estoniya matçında ədaləti Con Biton qoruyacaq.

"Football-plus.az"ın məlumatına görə, 2001-ci ildən hakimlik edən şotlandiyalı 2012-ci ildə FİFA hakimləri siyahısına salınıb. O, ölkəsinin əsas çempionatında idarə etdiyi 223 matçda 849 sarı, 42 qırmızı vərəqə göstərib.

Əsas məqam odu ki, Biton bizim üçün tanış hakimdi. O, indiyə qədər "Qarabağ"ın 4, U-19 və U-21 millilərimizin 1 oyununu idarə edib. "Köhlən atlar" adı çəkilən hakimin təyinat aldığı matçların üçündə qələbə qazanıbsa, birində uduzub. Şotlandiyalı referinin Avropa Liqasının 3-cü turunun "Qarabağ" - "Ayaks" matçında VAR hakimi olduğunu da qeyd edək. Yığmalara gəlincə, U-19 1:1 hesablı heç-heçə edib. U-21 isə böyükhesablı məğlubiyyətlə üzləşib - 1:5.

Ümumiyyətlə, referi indiyə qədər 547 matç idarə edib - 2097 sarı, 114 qırmızı vərəqə göstərib.

KƏNAN BAHADIR

Seçilən
44
football-plus.az

1Mənbələr