AZ

Abaxaziya lideri şərtini açıqladı – “O halda istefa verəcəm ki...”

Abxaziyadakı qondarma qurumun prezidenti Aslan Bjaniya müxalifətin ələ keçirdiyi hökumət binaları kompleksini təhvil verdikdən sonra istefa ərizəsi yazmağa hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Oçamçira rayonunun Tamış kəndində tərəfdarları ilə görüşdə deyib.

“Onlar binalardan çıxanda istefa məktubu yazacam və yeni seçkilərdə onların nə qədər dəstək alacağını görəcəyik”, - Bjaniya bildirib.

Bir neçə gündür Abxaziyada separatçı rejimə qarşı kütləvi etiraz aksiyası keçirilir. Buna Moskva ilə imzalanmış “İnvestisiya fəaliyyəti haqqında saziş”i ratifikasiya planı səbəb olub.


Müəllif: Qənirə Süleymanova
Seçilən
16
teleqraf.com

1Mənbələr