AZ

Ermənistan danışıqları dalana dirəyir - AÇIQLAMA

“Ermənistan müxtəlif təkliflər irəli sürməklə danışıqlar prosesini dalana dirəməyə çalışır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, İrəvan hökuməti vaxt qazanmağa çalışmaqla özü üçün daha əlverişli məqamın, şəraitin yetişməsini gözləyir:

"Ermənistan rəhbərliyi və rəsmilər bir müddət əvvəl ümumiyyətlə kommunikasiyaların açılmamasını, bunun ilkin mərhələdə müzakirə mövzusu olmamasını tələb edirdilər. Bu məsələnin müzakirəsini sülh prosesinin pozulması kimi təqdim edirdilər. Əsasən də Zəngəzur dəhlizi məsələsinə sərt yanaşma sərgiləyirdilər. Bir müddət sonra dedilər ki, yol, dəhliz açıla bilər, amma mütləq Ermənistanın nəzarəti altında olmalıdır. Ondan sonra isə "sülh qovşağı" layihəsini gündəmə daşıdılar. Bu cür manipulativ addımlar, bəyanatlar sülh prosesinin qeyri-ciddiyə alınmasıdır. Azərbaycanın sülh və dəhlizlərlə bağlı təkliflərini, tələb və şərtləri konkretdir. Zəngəzur dəhlizi açılmalıdır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi təmin olunmalıdır".

Samir Hümbətov, Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan layihənin reallaşması üçün öz dəstəyini də təklif edir. Ermənistan isə gah Rusiyanı, gah da başqa məsələləri bəhanə edərək kommunikasiyaların açılmasına əngəllər törədir:

"İrəvan hökumətinin Avropa İttifaqının "missiyası"nı şərti sərhədlərə gətirməsində də məqsəd pozuculuq və sülhdən uzaqlaşmaq məqsədi ilə edilmişdi. Əslində "sülh qovşağı" layihəsi birbaşa İran və Fransa, dolayı yolla isə ABŞ-nin maraqlarına xidmət edir. Söhbət "Baharat Yolu" deyilən böyük layihənin tərkib hissəsindən gedir. Ermənistan da bu layihə ilə öz məqsədlərini həyata keçirməyə çalışır. Amma reallıq bəllidir və qaçılmazdır".

Aydın Baxış

Seçilən
38
bakivaxti.az

1Mənbələr