AZ

COP for Hope: COP29-un Təşkilat Komitəsi fantastik hazırlıq işi görüb - Mixail Qusman (ÖZƏL)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz TASS informasiya agentliyininBaş direktorunun müavini Mixail Qusmandır.

Mixail Qusman COP29 çərçivəsində Trend-ə müsahibəsində bildirib ki,COP29-un Təşkilat Komitəsi konfransın hazırlığı istiqamətindəfantastik işlər görüb.

“Azərbaycanın yekdilliklə COP29-un keçirilmə yeri kimiseçildiyini eşidəndə, bir tərəfdən, çox sevindim, digər tərəfdənisə başa düşdüm ki, mənim dostlarım və həmkarlarım, Azərbaycanınmüxtəlif nazirlik və qurumları belə nəhəng tədbirin hazırlığı üçünböyük işlər görməlidirlər.

Azərbaycan çoxsaylı iri tədbirlər təşkil edib, amma bu qədərböyükmiqyaslı tədbirə ilk dəfə ev sahibliyi edir. Mən TəşkilatKomitəsinin bütün rəhbərləri və üzvləri qarşısında papağımıçıxarıram. Hazırlıqlar, həqiqətən, fantastik idi”, - deyə ovurğulayıb.

M.Qusman qeyd edib ki, tədbirin keçiriləcəyi məkan kimi BakıOlimpiya Stadionunun seçilməsi müdrik qərar olub.

“Stadion tamamilə yeni formatda təşkil olunub və bütüntədbirlərin keçirilməsi üçün ideal məkana çevrilib. Hər şey çoxkompakt və rahatdır. Bundan əlavə, şəhər artıq yüklənmə yaşamır.Şərtlər mükəmməldir. Mən çoxlu həmkarlarımla, jurnalistlərlə,məmurlarla və hətta rəhbərlərlə danışdım. Hamı tamamilə heyranqalıb. Bu, onu göstərir ki, hər şey incəliklə düşünülüb. Mənbilirəm ki, bütün bu işlər Azərbaycan Prezidenti İlham Əliyevingündəlik nəzarəti altında həyata keçirilib”, - deyə M.Qusman əlavəedib.

O vurğulayıb ki, COP29-un müzakirə mövzusu bütün bəşəriyyət üçünçox vacibdir.

“Mən şəxsən COP29-un təşkilatı ilə gecə-gündüz məşğul olaninsanları tanıyıram. Onlar öz biliklərini və ruhlarını bu işə həsretdilər ki, konfrans uğurlu keçsin. Nəticələr artıq özünü göstərir.Burada müzakirə olunan mövzu bəşəriyyət üçün çox əhəmiyyətlidir vəiqlim dəyişikliyi ilə mübarizədə dünyanın səylərini birləşdirməküçün mühüm rol oynayacaq”, - deyə o bildirib.

Mixail Qusman qeyd edib ki, Xəzər dənizinin səviyyəsininazalması mövzusu hamını narahat etməlidir.

“Mənim üçün şəxsən çox ağrılı bir mövzu Xəzər dənizininsəviyyəsinin azalmasıdır, çünki mən Bakıda, Xəzərin sahilindəböyümüşəm. Bu, mənim üçün ürək ağrısıdır.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərizamanı Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət çəkib.Burada müzakirə olunan problemləri nə bir ay, nə də bir ildə həlletmək mümkün deyil, amma əsas odur ki, qlobal həmrəylik və “yaşıldünya” üçün birgə səylər göstəriləcək. Bu istiqamətdə artıq indidəndemək olar ki, konfrans böyük uğurla keçdi”, - deyə o qeydedib.

O əlavə edib ki, Rusiya və Azərbaycan bütün sahələrdə əməkdaşlıqedə bilər.

“Mən elə bir mövzu bilmirəm ki, Rusiya və Azərbaycanın mövqelərifərqlənsin və ya birgə səylərin göstərilməsi mümkün olmasın. Bütünqlobal problemlər, iqlim və ekologiya mövzuları Azərbaycan vəRusiyanı eyni dərəcədə narahat edir”, - deyə Mixail Qusmanfikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
47
3
az.trend.az

4Mənbələr