AZ

Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir (FOTO)

Bakı. Trend:

Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “QANUN”Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasənmərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası ŞamilŞamilov "Azərbaycan Evi"ndə öncədən qeydiyyatdan keçmiş, hüquqiproblemi olan, Marneuli və ətraf kəndlərdə yaşayan sakinləri qəbuledib.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, qəbulun 6-cı günündə 6 nəfər Gürcüstan vətəndaşısoydaşımızın problemləri dinlənilib.

Onların problemlərinin (vətəndaşlıq, müvəqqəti yaşamaqeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və s.)həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyəti dövlətqurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektronünvanına göndərilib.

Qeyd edilib ki, qəbul günləri davam edir və soydaşlarımız buxidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqəsaxlaya bilər:

Tel: +995 599 10 96 90

Marneulidə
Marneulidə
Marneulidə
Marneulidə
Seçilən
61
az.trend.az

1Mənbələr