AZ

Tbilisidə parlament seçkilərinin nəticəsinə qarşı etiraz yürüşündə iştirak edən 3 nəfəri saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə müxalifətin 26 oktyabr parlament seçkilərinin nəticəsinə qarşı keçirdiyi etiraz yürüşündə iştirak edən 3 nəfəri saxlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb. Bildirilib ki, hər üç şəxs inzibati qaydada həbs edilib.

Polisin məlumatına görə müxalifətin yürüşü zamanı iştirakçılar qanunsuz olaraq Aqmaşenebeli prospektini bağlamağa cəhd ediblər.

Seçilən
43
4
apa.az

5Mənbələr