"Real" rəhbərliyi Karlo Ançelottini istefaya göndərməyi nəzərdən keçirir.
QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Klub italiyalı mütəxəssisin gedəcəyi təqdirdə baş məşqçi vəzifəsinə müvəqqəti olaraq argentinalı Santiaqo Solari təyin etmək istəyir.
Solari hazırda Madrid təmsilçisində direktor vəzifəsini icra edir. "Real" rəhbərliyinin bu fikrinə səbəb isə Solarinin daha əvvəl (2018-2019-cu illərdə) komandanı çalışdırmış olmasıdır.
Ona görə də klub mütəxəssisin 2025-ci ildə Xabi Alonsonun baş məşqçi təyin olunmağına qədər "Real"a rəhbərlik etməyini istəyir.
Qeyd edək ki, Ançelotti 2021-ci ilin yayından "Real"ın baş məşqçisidir. Onun komandası hazırda La Liqanın turnir cədvəlində 27 xalla 2-cidir.