AZ

Tramp yeni kabineti formalaşdırmaqda problemlə üzləşəcək

Tramp

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp öz kabinetinin gələcək üzvlərini mübahisəli şəxslər arasından seçməyə davam edir. Trampın bu seçimi isə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mübahisələr yaradır.

Reyting.az
bildirir ki, Tramp bu yaxınlarda Robert Kennedini Səhiyyə və İnsan Xidmətləri Departamentinin (HSS) rəhbəri vəzifəsinə namizəd göstərəcək.

Kennedi qida və əczaçılıq şirkətlərinə qarşı çıxışları ilə məşhurdur və səhiyyə naziri vəzifəsinə namizəd kimi göstərildikdən sonra ABŞ-da peyvənd şirkətlərinin səhmləri ucuzlaşıb.

Trampın müdafiə naziri vəzifəsinə seçdiyi Pete Heqsetin 2017-ci ildə cinsi təcavüzlə bağlı polis araşdırmasına cəlb edildiyi məlum olub. Heqsetlə bağlı iddialar istintaqın aparıldığı Monterey şəhər hökuməti tərəfindən təsdiqlənib. Trampın Heqseti müdafiə naziri vəzifəsinə irəli sürməsi həm Pentaqon rəsmiləri, həm də Trampa yaxın şəxslər arasında narahatlıq yaradıb. Çünki Heqset yüksək səviyyəli hərbi və ya dövlət idarəçiliyi təcrübəsinə malik deyil.

Trampın ədliyyə naziri vəzifəsinə gətirmək istədiyi Matt Gaetzlə bağlı da böyük şübhələr var. Gaetz cinsi məqsədli insan alverində ittiham edilib, lakin bu ittiham aktına çevrilməyib. “Fox News”-a danışan respublikaçı konqresmen bildirib ki, Gaetz Senatın təsdiqindən keçməyə bilər.

20 yanvar 2025-ci ildə andiçmə mərasimi ilə prezident vəzifəsinin icrasına başlayacaq Trampın kabinet üzvləri Senat tərəfindən təsdiqlənməlidir. Amma Senatın bəzi respublikaçı üzvləri bu namizədləri vəzifələrə təsdiq etməyəcəklər.

ELÇİN
Seçilən
34
reyting.az

1Mənbələr