Bakı. Trend:
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədiləölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərinnümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Baş Prokurorluqdan Trend-əbildirilib ki, noyabrın 15-də Baş prokuror Kamran ƏliyevGürcüstanın Baş prokuroru Giorgi Qabitaşvilinin rəhbərlik etdiyinümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları salamlayan Başprokuror digər sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq vəhüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədəolduğunu qeyd edərək, cinayət işləri üzrə hüquqi yardım vəekstradisiya sahələrində son illər ərzində effektiv işbirliyininolduğunu diqqətə çatdırıb, ölkələrarası təcrübə mübadiləsi,prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindənbəhs edib.
Görüşdə Baş prokuror Kamran Əliyev Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ənyüksək səviyyədə təşkil olduğunu vurğulayıb.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-ninNarkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindəntəşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlərNazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi iləmübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlıyüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışantərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarınınqarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.
Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili səmimi qəbula vəqonaqpərvərliyə görə təşəkkürünü bildirərək ölkələrimiz arasındahüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi vəsəmərəli əməkdaşlığın həyata keçirildiyini, səfərin ikitərəflimünasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeydedib.
Ölkəmizdə keçirilən COP29 kimi mötəbər beynəlxalq tədbirin dünyaüçün böyük töhfələr verə biləcəyini qeyd edən qonaq tədbirçərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquqmühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəlisessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror KamranƏliyevi təbrik edib.
Qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlaraprokurorluğun fəaliyyətini əks etdirən müxtəlif guşələrdəkieksponatlarla bağlı ətraflı məlumat verilib.
Görüşdə, həmçinin, Gürcüstanın ölkəmizdəki fövqəladə vəsəlahiyyətli səfiri Zurab Pataradze də iştirak edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.