AZ

“Azərbaycanda 6 milyard obyektdən məlumatları toplayan platforma yaradılıb” - NAZİR

"Rəqəmsallaşma təkcə unikal landşaftlarımızı və biomüxtəlifliyimizi qorumaq üçün deyil, həm də səmərəliliyi və dayanıqlılığı artırmaq üçün vacibdir".

Bizim.Media xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 sədrliyi çərçivəsində mətbuat konfransında deyib.

Nazir bildirib ki, son yeddi ay ərzində Bakı şəhərinin rəqəmsal modeli yaradılıb:

"Azərbaycan metro, avtobuslar, videomüşahidə kameraları və s. kimi altı milyard obyektdən məlumatları toplayan platforma yaradılıb. Bu platforma nəqliyyatı optimallaşdırmasına yaxşı təsir edir. Paytaxtımızın tıxaclarını azaltmağa və havanın keyfiyyətini yaxşılaşdırmağa yardım edir".

Günay Şahmar, Bizim.Media

Seçilən
28
bizim.media

1Mənbələr