Bakı. Trend:
Ölkəmizin ev sahibliyi etdiyi COP29-un əsas bank tərəfdaşı olanABB iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verəcək maraqlı birimkanı müştərilərə təqdim edib.
Bu, ABB mobile tətbiqinə əlavə olunmuş Karbon EmissiyasıKalkulyatorudur. Bu kalkulyator vasitəsilə istifadəçilər hər birkart əməliyyatlarının ətraf mühitə təsirlərini izləyə bilərlər.
ABB bu imkanı pərakəndə bankçılıq sahəsində iqlim dəyişikliyinəqarşı mübarizəyə töhfə vermək məqsədilə yaradılmış Ecolytiqplatformasının təqdim etdiyi texnologiya əsasında yaradıb.
Ecolytiq dünyanın aparıcı maliyyə qurumlarının, o cümlədənVisa-nın etibarlı tərəfdaşıdır. ABB də mobil bank tətbiqində KarbonEmissiyası Kalkulyatorunu Visanın dəstəyi ilə təqdim edir.
Hər bir bank əməliyyatı ətraf mühit üçün müəyyən təsirlərləryaradır. Bank müştəriləri gündəlik maliyyə əməliyyatlarında bununəzərə alaraq karbon izlərini nəzarətdə saxlaya və daha uyğunseçimlərlə karbon izlərini mümkün qədər azalda bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiyainzibatçısı Taleh Tahirli qeyd edib ki, Karbon EmissiyasıKalkulyatoru ilə ABB daha bir yeni müştəri təcrübəsi yaradacaq. ABBmobile istifadəçilərində ətraf mühit üçün faydalı vərdişlərformalaşdıracaq: “ABB-nin öz tərəfdaşları ilə birgə təqdimetdiyi bu həll ətraf mühitin qorunması ilə bağlı ictimaisavadlılığı artıracaq. Maariflənmə proseslərinə, iqlimlə bağlıfərdi məsuliyyət hissinin güclənməsinə mühüm töhfəverəcək”.
Ecolytiq-in həmtəsisçisi və idarəedici direktoru David Laisbildirib: “Gündəlik satınalma davranışları fərdin karbonayaq izinin böyük bir hissəsidir. Ona görə də kiçik dəyişiklikləriqlim fəaliyyətinə böyük töhfələr verə bilər. Azərbaycanistehlakçılarına daha davamlı gələcəyə doğru addımlar atmaq üçün,geniş miqyasda biliklər təqdim etmək üçün Azərbaycanın ən böyükbankı olan ABB ilə əməkdaşlıq etməkdən məmnunuq”.
Visa-nın Azərbaycandakı regional meneceri Nurlan Hacıyevbildirib: “Karbon Emissiyası Kalkulyatorunu ABB mobile tətbiqinəinteqrasiya etməklə, biz gündəlik əməliyyatların ətraf mühitətəsiri haqqında dəyərli fikirlər təqdim etməyi və kart sahiblərinədaha yaşıl gələcəyə töhfə verməyə kömək göstərməyi hədəfləyirik.ABB ilə əməkdaşlıq əsasənda Azərbaycan müştərilərinə iqlimdəyişikliyinə qarşı qlobal hərəkata qoşulmaq imkanı təklif etməkdənqürurluyuq”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.