Portuqaliyə millisinin və “Əl-Nəsr” klubunun üzvü Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, UEFA Millətlər Liqası çərçivəsində 5-ci turda evində Polşanı qonaq edən Portuqaliya, matçı 5:1 hesablı qələbə ilə başa vurub.
Ronaldo qarşılaşmada 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. 39 yaşlı superulduz bu nəticə ilə qollarının sayını 910-a çatdırıb.
Yoldaşlıq matçları da daxil olmaqla Portuqaliya millisi ilə 132-ci qələbəsini qazanan Ronaldo, 131 qələbəsi olan İspaniya millisinin sabiq üzvü Serxio Ramosu geridə qoyaraq 1-ci sıraya yüksəlib.
"Yuventus" Poqba ilə yollarını ayırıb - RƏSMİ
Buffon ən yaxşı adına layiq görülüb
“İnter”də yeni müqavilə
Alonso "Real"a qayıtmağa yaxındır
Kvaratsxeliya İspaniya yolunda