İrəvanda silahlı insident qeydə alınıb. Şəhər sakini 42 yaşlı Artur Manukyan odlu silahdan açılan atəş nəticəsində ölüb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hakim “Mülki Müqavilə” partiyasından olan Parakar icmasının rəhbəri Lüdviq Gülnazaryanın hadisə yerində olduğu deyilir.
Məlumata görə, qətldə şübhəli bilinən Lüdviq Gülnazaryanın dostu axtarılır. Daxili İşlər Nazirliyi qətl faktını təsdiqləsə də, digər təfərrüatları açıqlamayıb.
Ermənistan İstintaq Komitəsi bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 155-ci (qəsdən adam öldürmə) və 335-ci (qanunsuz olaraq silah və döyüş sursatı gəzdirmə) maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.
Qətlin iştirakçılarının kimliyi dəqiqləşdirilir.
Nigar HƏSƏNLİ,
Musavat.com