AZ

“12 dildə mahnılar oxuyuram, fəxri adım yoxdur, öləndən sonra cəhənnəmə gəlib məni çəksinlər..” - ÖZƏL

“Azərbaycanda heç vaxt Samirədən məhsuldar istifadə etməyiblər. Mənim zəhmətimi layiqincə dəyərləndirə bilməyiblər. 12 dildə mahnı oxuyuram. Ərəb, fars, yəhudi, inglis, fransız, tatar, özbək, tacik, türk, rus, gürcü, ləzgi dillərində repertuarımda mahnılar var. Bunu həmkarlarım bilir. Amma biri də dilinə alıb deməz. Hamı Samirə deyil ki, hər kəsin olanını desin. Mənim kimi ikinci bir müğənni varmı bunları bilən?”
 
Bunu Moderator.az -a açıqlamasında müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib:
 
“Hazırda ölkəmizdə COP29 konfransı keçirilir. Bu həqiqətən də qürurverici bir tədbirdir. Mən bir müddətdir ki, Rusiyadayam. Bakıda olsaydım xarici qonaqlar üçün restoranlarda mahnılar səsləndirərdim. O vaxt ərəblər ansambılla müqavilə bağlayıb, bizi almışdılar. Müqaviləni təbii ki, pulla bağlamışdılar. Mən bu sözü dedim, yazıb-pozdular ki, Samirəni ərəblər alıb. Bir şəhərdən o biri şəhərə gedəndə ərəblər bizi alırdılar” deyə müğənni bildirib.
 
Samirə Yusifqızı bildirib ki, fəxri ad üçün müraciət etsə də cavab gəlməyib.
 
“Məni o vaxt Amerikada saxlayırdılar. Əlbəttə ki, qala bilməzdim. Küllü-miqdarda pul da verirdilər. Aya 10 min dollar maaş təklif edirdilər. Mən istəmədim. Övladlarımdan, ailəmdən ayrı qala bilməzdim. Həm də ölkəmi qoyub gedə bilmədim. Amerika qlobusun o biri tərəfidir. İstəsəydim Las Veqasda, San Fransiskoda, Los Anceles də qalardım. Ordan da dəvətlər var idi. Dünyanın bir neçə ölkəsini gəzmişəm. Mən harada olmuşam bayrağımızı önə çəkmişəm. Dəfələrlə gəlib bayrağı açıblar, demişəm ki, bayraq başımın üstündə olmasa oxumayacam. 3 ölkə gəzməyənlər fəxri ad alıb. İnanmıram ki, bundan sonra mənim dəyərimi versinlər. 5-6 ay olmaz ki, Mədəniyyət Nazirliyinə fəxri adla bağlı müraciət etmişəm. Hələ də cavab gəlməyib. Sənətkara vaxtında qiymət, dəyər vermək lazımdır. Sabah öləndən sonra mənim arxamca ağlayıb deməsinlər ki, heyf bizim əlimizdən bu boyda sənətkar getdi! Nə qədər ki, sağam istifadə etsinlər. Öləndən sonra cəhənnəmə gəlib məni çəksinlər” deyə Samirə Yusifqızı bildirib.
Seçilən
82
35
moderator.az

10Mənbələr