AZ

İrəvanda hakim partiyadan olan icma rəhbərinin qətldə əli olub

İrəvanın Parakar icmasının (İrəvan yaxınlığındakı bir neçə kəndi birləşdirən ərazi) rəhbəri, hakim "Mülki Müqavilə" partiyasının üzvü Lüdviq Gülnazaryanın İrəvanda ötən gecə saatlarında baş verən qətldə əli olub.

"Unikal" xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb. 

Məlumata görə, gecə saatlarında Gülnazaryan İrəvanın kənarında 42 yaşlı İrəvan sakini Artur Manukyanla pul məsələsi ilə bağlı mübahisəyə qatılıb. Atışma nəticəsində Manukyan xəstəxanada ölüb.

Gülnazaryanın dostu qətldə şübhəli bilinərək axtarılır. Onun atışmada ayağından yaralandığı da deyilir. 

Ağarza Elçinoğlu 

Seçilən
34
unikal.az

1Mənbələr