AZ

Trampın qələbəsindən sonra ŞoltsunPutinə zəngi: Yeni siyasi reallıqlar? – ÖZƏL

Almaniya kansleri Olaf Şolts uzun müddətdən sonra ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardı. Bu danışığın ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra baş verməsi diqqət çəkir. 

Olaylar.az xəbər verir ki, Almaniya Bundestaqının "Almaniya üçün Alternativ" (AfD) fraksiyasından olan deputatı Rayner Rotfussun sözlərinə görə, Şolts bu addımı məhz ABŞ-ın Joe Bayden administrasiyasının təsirindən qurtulduğu üçün ata bilib.

Rotfuss bildirib ki, Alman siyasətçiləri Vaşinqtondan gələn göstərişlərə uyğun hərəkət edirlər. "Bayden-Harris sisteminin Vaşinqtondan uzaqlaşdığı bir vaxtda, kansler Şolts öz təşəbbüsünü nümayiş etdirə və Putinə zəng edə bildi," - deyə deputat vurğulayıb.

Şoltsun bu təşəbbüsü Almaniya cəmiyyətində geniş dəstək qazanıb. Rotfussun fikrincə, Alman xalqının əksəriyyəti Ukrayna münaqişəsinin diplomatik yolla həllini dəstəkləyir və bu cür addımların atılmasını gözləyir. "Alman xalqı hər zaman siyasətçilərin Ukraynada müharibəni dayandırmaq üçün diplomatik addımlar atmasını tələb edib," - deyə deputat əlavə edib.

Qeyd edək ki, Vladimir Putin və Olaf Şolts arasında 15 noyabrda baş tutan telefon danışığı, 2022-ci ilin dekabrından sonra ilk belə görüş olub. Kreml tərəfindən verilən məlumata əsasən, danışıq Almaniya tərəfinin tələbi ilə qısa zamanda razılaşdırılıb.

Bununla belə, bu əlaqə Kiyevdə narazılıqla qarşılanıb. Alman jurnalist Yulian Repkenin fikrincə, Ukrayna prezidenti Vladimir Zelenski Şoltsun bu hərəkətinə sərt reaksiya verib, çünki bu, Moskvanın təcrid olunmasını zəiflətmiş olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
olaylar.az

1Mənbələr