AZ

TUSAŞ və Baykar aviasiya sənayesi şirkətləri arasında yer alıb

Bakı, TurkicWorld

Türkiyənin milli təyyarə istehsalçıları TUSAŞ və Baykar dünyanın 50 ən böyük aviasiya sənayesi şirkəti arasında yer alıb.

TurkicWorld xəbər verir ki, Aviasiya sənayesi üçün qlobal nəşr olan FlightGlobal adından Counterpoint Market Intelligence tərəfindən hazırlanan tərtibatda sektorun 100 ən böyük şirkəti 2023-cü il fəaliyyətlərinə uyğun olaraq yer alıb.

Siyahının hazırlanmasında istifadə olunan məlumatlar şirkətlərin illik hesabatlarından və ictimaiyyətə açıq olan sənədlərdən tərtib edilmişdir.

Covid-19 epidemiyasından ən çox təsirlənən sektorlardan biri olan mülki aviasiyada əhəmiyyətli bir dönüş olsa da, bu sahənin ən böyük aktyorları olan Boeing və Airbus siyahıda ilk yerlərini geri aldı.

Seçilən
23
turkic.world

1Mənbələr