AZ

Karl Nehammer:''Qazprom'' təbii qaz tədarükünü dayandıracaq

Avstriyanın Baş naziri Karl Nehammer  Rusiyanın "Qazprom" şirkətinin sabahdan etibarən Avstriyaya təbii qaz tədarükünü dayandıracağını açıqlayıb. Rəsmi "X" internet səhifəsində verdiyi açıqlamada, Karl Nehammer Vyanada yerləşən ÖMV neft-qaz şirkətinin "Qazprom"un təbii qaz tədarükünü dayandıracağı barədə onu məlumatlandırdığını bildirib. Baş nazir bu addımın Ukraynada müharibənin başladığı vaxtdan bəri gözlənilən bir vəziyyət olduğunu qeyd edib.

K.Nehammer Avstriyanın bu qışda heç kimin soyuqdan donmayacağına və heç bir evdə istilik problemi yaşamayacağına dair təminat verdiyini vurğulayıb. O, əlavə edib ki, ehtiyat tədbirləri görülüb, qaz ehtiyatları tam doludur və sabahdan etibarən digər mənbələrdən də kifayət qədər təbii qaz tədarükü ediləcək.

Baş nazir, daha əvvəl görülən tədbirlərin artıq istifadə ediləcəyini və təbii qaz ehtiyatlarının Avstriyanın bir illik ehtiyacını qarşıladığını da bildirib.



Seçilən
29
50
trt.net.tr

10Mənbələr