AZ

“Belarus ərzaq ixracını ildə 10 milyard dollar səviyyəsinə çatdırmalıdır”- LUKAŞENKO

Belarus prezidenti Aleksandr Lukaşenko ərzaq ixracının ildə 10 milyard dollar səviyyəsinə çatdırılmasının vacibliyini bəyan edib.

Azpost.info xəbər verir ki, o, belarusların Qərbdə xoş qarşılanmaması fonunda Asiya və Afrika bazarlarına diqqət yetirməyi vacib sayıb.

“Bu il 8-9 milyard dollar ixrac gəliri əldə edə bilərik, bizə 10 milyard dollar lazımdır, bir milyard qalıb. Biz yaxın beş ildə bu səviyyəyə çatmalıyıq”, – Lukaşenko bildirib.

O əlavə edib ki, hədəfə çatmaq üçün yeni bazarlara diqqət yetirmə lazımdır, yeni bazarlar isə Asiya və Afrikadır.

“Çin bizə bazarı açdı, daha nə istəyirsiz?! Çinlə əlaqələrimiz və yaxşı münasibətlərimiz var. Rusiyaya gəlincə, görürsünüz ki, bu il orada çox yaxşı məhsul olmadı”, – Lukaşenko deyib.

Azpost.info

Seçilən
36
azpost.info

1Mənbələr